Dünya
Türkiyəyə qarşı “3+1” planı: Yunan mətbuatı gizli detalları açıqladı
Afina mətbuatı Yunanıstan, İsrail və Cənubi Kiprin Türkiyəyə qarşı "3+1" planı hazırladığını iddia edib.
Publika.az xəbər verir ki, Afinanın "Sigma Live" nəşri İsrail və Cənubi Kiprlə müdafiə əməkdaşlığını "Türkiyəyə qarşı ortaq cəbhə" kimi təqdim edən təəccüblü bir təhlil yazısı dərc edib.
ABŞ-ın FDD beyin mərkəzinin hesabatına əsaslanan təhlildə bölgədəki güc balansının Ankaranın hərəkətləri ilə yenidən formalaşdığı iddia edilib. Hesabata görə, Afina ilə Təl-Əviv arasında müdafiə yaxınlaşmasının sürətlənməsi əsasən Ankaranın regional gücünün "qətiyyətli və istiqamətləndirici" olması ilə əlaqədardır.
Hesabatda həmçinin Türkiyənin F-35 proqramından kənarda qalmasına baxmayaraq, müdafiə sektorundakı yerliləşdirmə səyləri ilə regionun ən dinamik və gözlənilməz hərbi gücünə çevrildiyi bildirilib.
Hesabatda qeyd olunur ki, "3+1" planı çərçivəsində irəli sürülən diplomatik mexanizmlər Yunanıstanın enerji təhlükəsizliyi və Ukraynaya mayeləşdirilmiş təbii qaz daşınması üçün "tranzit nöqtəsi" rolunun genişlənməsinə səbəb olub.
Son olaraq vurğulanıb ki, Türkiyə müdafiə modernləşdirilməsi, enerji siyasəti, "Mavi Vətən" doktrinası və diplomatik təşəbbüsləri ilə bütün regional dinamikanı formalaşdıran mərkəzi aktor olaraq qalmaqda davam edir.
Roza
-
Dünya22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür








.jpg)






















