Dünya
Ukrayna xəyanətə uğrayıb? - Trampla Putinin müşavirlərinin telefon danışığı sızdırıldı
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla Rusiya prezidenti Vladimir Putinin müşaviri Yuri Uşakov arasında baş tutan telefon danışığı ilə bağlı iddialar irəli sürülüb.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
İddiaya görə, oktyabrın 14-də baş tutan danışıq zamanı Uitkoff Uşakova "Zelenski Ağ Evə çatmazdan əvvəl Putinlə Trampı telefonda danışdıraq" deyib.
Uitkoff Putinin zəngə Trampın sülh səylərini tərifləmək, ona hörmətini ifadə etmək və "sülh adamı" kimi təqdim etməklə başlamasını təklif edib. "Qəzza üçün 20 maddəlik plan hazırlamışıq. Düşünürəm ki, bəlkə də sizinlə də eyni şeyi edəcəyik", - Uitkoff söyləyib.
Sözügedən hadisədən cəmi iki gün sonra, oktyabrın 16-da isə Tramp və Putin, oktyabrın 17-də isə Tramp və Zelenski arasında telefon danışığı baş tutub. Həmin dövrdə də Ukraynaya göndərilməsi planlaşdırılan "Tomaqavk" raketləri və digər silah yardımları qəfildən təxirə salınıb.
"Bloomberg"-ə görə, daha sonra Tramp Ukraynaya təzyiq siyasətinə qayıdıb. Trampın Ukraynaya 28 maddəlik sülh planını qəbul etmək üçün 72 saat vaxt verməsini də buna nümunə göstərmək olar.
Roza
-
İdman14:07Corcina Qətərdən paylaşdığı FOTOLARLA hər kəsi heyran etdi
-
İdman13:42Qurban Qurbanov Avropa klubuna keçir? - Tanınmış ekspertdən ŞOK İDDİA
-
Sosial13:06Fəzail Ağamalının nəvəsinin ŞOK GÖRÜNTÜLƏRİ - İDDİA / VİDEO
-
MDB11:36Putin bu ölkədə türk dilində danışdı - VİDEO
-
Kriminal11:25Ginekoloq xəstələri çılpaq halda videoya çəkirmiş
-
MDB10:36Rusiya bütün qüvvələrini bu şəhərin ətrafına yığıb - Ukraynadan reaksiya: Tuta bilməyəcək
-
Hadisə10:06Bakıda SSRİ bayrağı qaldıranlar saxlanıldı - VİDEO
-
Dünya09:00Şahzadənin evlilik təklifini RƏDD ETDİ
























.webp)




_(3).jpg)






