Dünya
Hərbi çevriliş: Qvineya-Bisau prezidenti həbs edildi
Qvineya-Bisaunun hazırkı Prezidenti Umaru Sissoko Embalo ölkədə baş verən hərbi çevriliş zamanı prezident sarayında həbs edildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Jeune Afrique” nəşri məlumat yayıb.
Qərbi Afrika dövlətinin başçısı prezident seçkilərinin ilk turunda qalib gəldiyini bəyan etdikdən üç gün sonra günorta saatlarında həbs olunub. Embalo onu saxlayan hərbçilər tərəfindən fiziki zorakılıq tətbiq olunmayıb.
Nəşr bildirir ki, prezidentlə birlikdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Byage Na Ntan, onun müavini general Mamadu Ture və daxili işlər naziri Boçe Kande də həbs edilib.
Hazırda Qvineya-Bisauda hərbçilər ölkə üzərində tam nəzarətin qurulduğunu və bütün sərhədlərin bağlandığını elan ediblər.
Bundan əvvəl AFP agentliyi prezident sarayının yaxınlığında atışma səslərinin eşidildiyini xəbər vermişdi.
Xatırladaq ki, Qvineya-Bisauda 23 noyabrda ümumi seçkilər keçirilib. Mövcud prezidentin komandası və müxalifət namizədi Fernandu Diaş de Koşta eyni vaxtda öz qələbələrini elan ediblər. Rəsmi nəticələrin açıqlanması isə 27 noyabr üçün planlaşdırılıb.
-
Dünya22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür








.jpg)























