Dünya
Uitkoffun Rusiyaya “sülh planı” təlimatı: Məxfi danışığı kim sızdırıb?
ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff ilə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov arasında baş tutmuş telefon danışığının sızdırılması böyük rezonans doğurub.
Publika.az xəbər verir ki, “Bloomberg” tərəfindən dərc olunan transkriptə əsasən, Uitkoff Kremlə Trampı Rusiya sülh planına razı salmaq məqsədilə hansı kommunikasiya üsullarından və siyasi taktikalardan istifadə etməyin mümkün olduğunu izah edib.
“The Guardian” yazır ki, bu cür yüksək məxfilik daşıyan materialın kim tərəfindən sızdırılması hələ də sual altındadır. Nəşrin təhlilinə görə, məlumatın arxasında ABŞ kəşfiyyat xidmətləri (CIA və ya NSA), Ukrayna xüsusi xidmət orqanları və ya Avropadakı partnyor kəşfiyyat qurumlarından biri dayana bilər.
Analitiklər vurğulayır ki, həm audio, həm də detallı transkriptə çıxış əldə etmək yalnız məhdud dairəyə aiddir və bu, sızmanın təsadüfi olmadığını göstərir.
Rusiya tərəfi bu məsələni sərt tənqid edib. Rəsmi Moskva bunu “qəbuledilməz” və “hibrid müharibənin elementi” adlandıraraq söhbətin onların tərəfindən yayılmadığını bildirib. Kremlin məlumatına görə, hadisənin məqsədi Moskva-Vaşinqton dialoquna zərbə vurmaq ola bilər.
Baş verənlərə baxmayaraq, Kreml Uitkoffun yaxın günlərdə Moskvaya səfər edəcəyini təsdiqləyib və Ukrayna mövzusunda danışıqların davam etdiriləcəyini açıqlayıb.
Akqabay
-
Dünya22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür








.jpg)






















