Dünya
Aralıq dənizində gərginlik: Türkiyəyə qarşı ittifaq qurdular
Yunanıstan və İsrail, Şərqi Aralıq dənizində Türkiyəyə qarşı hərbi əməkdaşlığı gücləndirir.
Publika.az xəbər verir ki, ABŞ-ın Demokratiyaları Müdafiə Fondunun hesabatına görə, əməkdaşlıq silah satışları və hərbi təlimləri əhatə edir.
Hesabatda bildirilir ki, Türkiyənin müdafiə sənayesindəki addımlar Afinada narahatlıq yaradıb. Yunanıstan 36 PULS topçu raket sistemi və “Axil Qalxanı” hava müdafiə sistemi üçün İsraildən texnologiya almağı planlaşdırır.
2021-ci ildə iki ölkə 1,65 milyard dollarlıq saziş imzalayaraq yunan hava qüvvələri üçün təlim mərkəzi qurmuşdu. İsrail və Yunanıstan hərbçiləri “əməkdaşlığı gücləndirmək” üçün noyabrın 5-də hava, 13-də isə dəniz təlimləri keçirib. Vaşinqton son bir ildə Şərqi Aralıq dənizində fəaliyyətini artırıb, o cümlədən Yunanıstan hərbi obyektləri və limanlarından istifadəni genişləndirib.
Egeydə Yunanıstan sahil mühafizəsinin Türkiyənin balıqçı qayıqlarına atəş açması, həmçinin Türkiyə F-16-ları ilə yaşanan "Yunanıstan hava sahəsi mübahisələri" Afina tərəfindən gərginliyi artıran addımlar kimi qiymətləndirilib. Hesabatda həmçinin bildirilir ki, İsrailin F-35 təyyarələrinə sahib olması və Yunanıstanın ABŞ-dan eyni təyyarələri sifariş etməsi bölgədə riskləri artırır.
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial1 Aprel 14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial1 Aprel 13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür








.jpg)
























