Dünya
“Yadplanetli gəmisi" alimləri yeni sirli detalla təəccübləndirdi
"Yadplanetli gəmi" və ya "kometa gəmisi" kimi də tanınan sirli ulduzlararası obyekt 3I/ATLAS-ın nadir tozlu antiquyruğu var.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiyası Laboratoriyasının alimləri öz "Telegram" kanallarında məlumat veriblər.
Mütəxəssislərin fikrincə, obyekt Günəşdən nə qədər uzaqlaşarsa, təsvirlər bir o qədər kəskin ola bilər. Yeni görüntülər əvvəllər gizlədilən bəzi detalları üzə çıxarır. Məsələn, bir görüntüdə elm adamları 3I/ATLAS-ın normal əsas quyruğu ilə üzbəüz yerləşən antiquyruğunu görüblər.
Əvvəllər astronomlar 3I/ATLAS ulduzlararası cismin "fırlanma" hərəkəti nümayiş etdirdiyini və onun əsl təbiəti ilə bağlı mübahisələri yenidən alovlandırdığını bildirmişdilər. Alimlər hesab edirlər ki, bu, ulduzlararası cismin "istiqamətli itələyicilərə" malik ola biləcəyini təsdiqləyir.
Həvəskar astronomlar indi fırlanma effektinin real olub-olmadığını, yoxsa uzun məruz qalma müddətləri, atmosfer təhrifləri və ya izləmə sisteminin sürüşməsindən qaynaqlandığını müəyyən etməyə çalışırlar.
NASA rəsmiləri mətbuat konfransında 3I/ATLAS-ın yadplanetli kosmik gəmi ola biləcəyi ilə bağlı təklifləri təkzib edərək, onun kometa olduğunu təsdiqləyiblər.
3I/ATLAS kosmik obyekti iyulun 1-də aşkar edilib. Daha sonra alimlər onun başqa ulduz sistemindən olan kometa olduğunu müəyyən ediblər. Onlar həmçinin cismin təxmini yaşının 7,5 milyard ildən çox - Günəşdən 3 milyard il böyük olduğunu müəyyən ediblər.
Hüseyn İbadlı
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial1 Aprel 14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial1 Aprel 13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür








.jpg)























