Dünya
Pakistanda çimərlikdə olan rus səyyahı nə heyrətləndirib?
Rusiyalı səyahət bloqeri Maksim Qolışev Pakistan çimərliyində olub və bunu “sərt reallıq” kimi qiymətləndirib.
Publika.az xəbər verir ki, o, təəssüratlarını "Zen" platformasındakı “Təsadüfi Səyahət” adlı şəxsi bloqunda paylaşıb.
O, ölkənin ən böyük şəhəri Karaçidə olub. Qeyd edib ki, Pakistanın keçmiş maliyyə mərkəzinin çimərliyinə çatmaq üçün dəvəyə minərək çöllükdən keçməli olub.
"Məni turist kimi görən yerli iş adamı dərhal gəzinti üçün 3.5 dollar (6 manat) təklif edib, lakin mən imtina edəndə o, təklifi dərhal yarıya endirdi. Razılaşdım", - Qolışev paylaşıb.
Rus səyyah itlərin və quşların gəzdiyi zibil dağlarının arasından dəniz sahilinə bir neçə yüz metr gedib. O, həmçinin yol boyu üfunət qoxulu çaylarla və gölməçələrlə qarşılaşıb. Dəniz sahili ona Mumbaydakı oxşar mənzərəni xatırladıb.
"Hindistan və Pakistan bu gün düşmən, qatı rəqib olsalar da, bu iki ölkənin kifayət qədər ortaq cəhətləri var. Ətraf mühitin davamlı və geniş şəkildə çirklənməsi həmin oxşar mənzərələrdən yalnız biridir", - deyə turist vurğulayıb.
Bloqer yazıb ki, Karaçinin çirkli çimərliyi yerli sakinlər arasında çox populyardır.
"Burada istirahət edənlərin sayı yüzlərlə, hətta minlərlədir. İnsanlar ailələri və ya böyük qruplarla gəlirlər", - deyə səyahətçi izah edib.
Adəm
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial1 Aprel 14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial1 Aprel 13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür








.jpg)
























