Dünya
Fidan-Vadeful görüşü: Berlin Suriyanın bütövlüyünü dəstəklədi, Ankara isə...
Türkiyənin xarici işlər naziri Hakan Fidan və almaniyalı həmkarı Yohan Vadeful birgə açıqlamalar veriblər.
Publika.az xəbər verir ki, Fidanın Almaniya səfəri çərçivəsində baş tutan görüşdə əsas müzakirə mövzusu Suriya məsələsi olub.
Vadeful Suriyadakı siyasi proses və ölkənin gələcək idarəçiliyi ilə bağlı aydın mövqeyini açıqlayıb. O, Almaniyanın kürdlər üçün federal sistemi yox, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində fəaliyyət göstərə bilən suveren Suriyanı dəstəklədiyini bildirib.
"Əlbəttə ki, Suriya daxilində bütün seqmentləri əhatə etmək üçün bütün lazımi səylərin göstərilməsi vacibdir, lakin Suriya dövlətinin özünü necə təşkil etməsi tamamilə Suriyanın öz suverenliyi və suveren hüququdur", - alman nazir söyləyib.
Vadeful qeyd edib ki, beynəlxalq ictimaiyyət bu hərtərəfli və çətin prosesdə Suriyanı dəstəkləməyə davam edəcək.
Hakan Fidan isə hazırda bütün dünyada ehtiyac duyulan sülhün vacibliyinə toxunub:
"Ukraynada müharibənin dayandırılması, Qəzzada sülh planının həyata keçirilməsi və Suriyada sabitlik bizim üçün çox vacibdir. Biz yenidən dağıntılara və soyqırımına qayıtmamalıyıq. Onsuz da kifayət qədər dağıntı və qırğın var. Hamımız birlikdə intensiv şəkildə işləməliyik. Humanitar yardım mümkün qədər tez çatmalıdır. Əks təqdirdə, yenidən zorakılıq riski ilə üzləşə bilərik".
Roza
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı









.jpg)
























