Andrey Yermak istefa verdi
Bizi izləyin

Dünya

Andrey Yermak istefa verdi

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın istefa üçün müraciət etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Ukrayna lideri bu barədə axşam müraciətində danışıb.

Onun sözlərinə görə, Andrey Yermak istefa ərizəsi yazıb.

Zelenski yeni rəhbərinin kim olacağına qərar verilmədiyini qeyd edib. O, bu quruma rəhbərlik edə biləcək şəxslərlə sabah məsləhətləşmələr aparacağını söyləyib.

Xatırladaq ki, daha əvvəl Andrey Yermakın evində axtarış aparıldığı barədə xəbərlər yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm