Dünya
Dəhşətli yanğında ölənlərin ailələrinə bu qədər pul ödəniləcək
Honkonqdakı yaşayış kompleksində baş vermiş yanğında həlak olanların ailələrinə və xəsarət alanlara kompensasiya ödəniləcək.
Publika.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, həlak olan hər bir şəxsin ailəsinə 200 min Honkonq dolları (25,7 min ABŞ dolları) ödəniləcək. Onlara, həmçinin dəfn mərasiminin keçirilməsi üçün dövlət dəstəyi göstəriləcək.
Yanğında xəsarət alanlara isə əvvəlcədən vəd edilən 10 min Honkonq dollarına (1,3 min ABŞ dolları) əlavə olaraq 50 min Honkonq dolları (6,4 min ABŞ dolları) məbləğində müavinət veriləcək.
Bütün zərərçəkənlərin pulsuz müvəqqəti mənzillə təmin olunacaqları da vurğulanıb.
Xatırladaq ki, Qeyd edək ki, noyabrın 26-da günortadan sonra dünyanın ən sıx məskunlaşılan və ən çox hündür binaların olduğu şəhərlərindən olan Honkonqun Tay Po rayonundakı 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarda başladığı və küləyin təsiri ilə sürətlə yayıldığı bildirilir. Son məlumata görə, yanğın nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb. 76 nəfər, o cümlədən 11 yanğınsöndürən xəsarət alıb.
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial1 Aprel 14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial1 Aprel 13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür








.jpg)
























