Qara dənizdə daha bir tanker zərbə aldı - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Qara dənizdə daha bir tanker zərbə aldı - YENİLƏNDİ

Qara dənizdə daha bir tanker zərbə aldı - YENİLƏNDİ

Qara dənizdə "VİRAT" adlı tanker zərbə alıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Gəmiçilik Baş İdarəsi məlumat yayıb.

Tanker 35 dəniz mili məsafədə ikən zərbə aldığı barədə məlumat verib. Dərhal xilasedicilər və bir gəmi əraziyə yönləndirilib.

Tankerdəki 20 nəfər təxliyə edilib, onların vəziyyəti yaxşıdır.

Hadisənin səbəbləri araşdırılır.

***

Qara dənizdə üzən "Kairos" adlı tankerdə partlayış baş verib. Rusiyaya məxsus tankerdə baş verən partlayış yanğınla müşayiət olunub.

Publika.az xəbər verir ki, hadisə yerinə xilasedicilər və sahil mühafizə bölmələri göndərilib. Tankerdə olan 25 nəfər təxliyə edilib, onların vəziyyətləri yaxşıdır.

İlkin məlumata görə, tankerin minaya toxunaraq partladığı ehtimal olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm