Dünya
Diplom qalmaqalı: nazir istefa verdi
Rumıniyanın müdafiə naziri Yonuts Moşteanu ali təhsilinə dair məlumatlarla bağlı yaranan qalmaqal fonunda istefa verib.
Publika.az xəbər verir ki, bu barədə Moşteanu sosial şəbəkədə açıqlama yayıb.
O, “təhsil məsələsinə dair müzakirələrin ölkənin gündəmini yayındırmaması üçün” vəzifədən getdiyini qeyd edib. Moşteanu qərarı barədə Rumıniya Prezidenti Nikuşor Dana, Baş nazir İlie Boločana və Rumıniyanın Xilas Birliyi (USR) Partiyasının rəhbərliyinə məlumat verib.
Baş nazir İlie Bolojan isə bildirib ki, nazirin istefa ərizəsi qəbul olunub və müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası iqtisadiyyat, rəqəmsallaşma, sahibkarlıq və turizm naziri Radu Mirutsaya tapşırılacaq.
Qeyd edək ki, Moşteanunun rəsmi tərcümeyi-halında Buxarestdəki Ateneum Universitetini bitirdiyi göstərilsə də, ali məktəb rəhbərliyi onun həmin universitetdə oxumadığını açıqlayıb. Daha sonra nazirin paytaxtdakı Bioterra Universitetində təhsil aldığı bəlli olub. Sənədlərə əsasən, o, 1995-ci ildə daxil olub, 2016-cı ildə buraxılış imtahanları verib, diplom isə 2018-ci ilə tarixlənib. 2015-ci ildən etibarən isə ali təhsil tələb edən vəzifələrdə - nəqliyyat nazirinin müşaviri və TAROM dövlət aviaşirkətinin idarə heyətinin üzvü kimi çalışıb.
Y.Moşteanu 23 iyunda müdafiə naziri təyin olunub. Bundan əvvəl USR partiyasından parlamentdə deputat və nəqliyyat nazirinin müşaviri olub.
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial1 Aprel 14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq








.jpg)
























