Dünya
Netanyahu siyasətdən gedir? - İsrail mediasında sensasion iddia
İsrailin Baş naziri Benyamin Netanyahunun siyasətdən getməsi müqabilində korrupsiya ittihamlarından yayınmağa imkan verən bir həll yolunun masada olduğu iddia olunub.
Publika.az xəbər verir ki, bu barədə İsrail dövlət televiziya kanalı KAN məlumat yayıb.
Bildirilib ki, Netanyahunun çevrəsi onun siyasi həyatdan çəkilməsini nəzərdə tutan hər hansı bir addımın qəbul edilməyəcəyini açıq şəkildə bildirib.
"Yedioth Ahronoth" qəzeti də Netanyahunun İsrail prezidenti İsaak Hersoqdan əfv istəməsinin onun səlahiyyət müddətinin ən kritik qərarı ola biləcək mürəkkəb bir vəziyyət yaratdığını yazıb. Qeyd olunub ki, ərizədə nə məsuliyyətin etirafı, nə də peşmançılıq ifadəsi var və bu da qiymətləndirməni daha da çətinləşdirir.
Qəzetə görə, Hersoq ictimai maraqlar naminə şərti əfv kimi variantları araşdıra bilər. Lakin Netanyahunun hər hansı bir məsuliyyəti qəbul etməkdən imtina etməsi bu ehtimalı azaldır.
KAN-ın başqa bir xəbərində Hersoqun Netanyahu ilə prokurorluq arasında məhkəmə yolu ilə razılaşma ehtimalını da nəzərdən keçirdiyi bildirilib. Belə bir razılaşmanın Netanyahunun bəzi ittihamları etiraf etməsini tələb edəcəyi qeyd olunub.
Məlumata görə, israillilər Netanyahunun korrupsiya işlərində əfv tələbinə etiraz etmək üçün Hersoqun evinin qarşısında toplaşıblar. Prezident Aparatı isə Hersoqun hələ tələbi nəzərdən keçirməyə başlamadığını və medianın iddialarının əsassız olduğunu bəyan edib.
Qeyd edək ki, Netanyahu ona qarşı korrupsiya işləri ilə bağlı prezidentə 14 səhifəlik əfv tələbi təqdim edib. İsrail mediasına görə, Netanyahunun əfv ərizəsinin yekunlaşdırılması həftələr çəkə bilər.
Roza
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı









.jpg)
























