Dünya
Cənubi Kiprdən Türkiyə etirafı və Afinaya xəbərdarlıq: İsrailin müdaxiləsinə inanan var?
Cənubi Kiprli beynəlxalq münasibətlər üzrə mütəxəssis Yiannos Xaralambides Türkiyənin müdafiə gücü və Şərqi Aralıq dənizindəki dominant mövqeyi barədə təəccüblü şərhlər verib.
Publika.az xəbər verir ki, televiziya proqramlarından birində danışan Xaralambides Türkiyənin böyük bir gücə çevrildiyini və Afinanın diqqətli olması gərəkdiyini bəyan edib.
"Ankara müdafiə sənayesini inkişaf etdirib və hazırda ehtiyaclarının 80 faizini ödəyir. Bir ölkə müdafiə proqramlarında muxtar olduqda və müdafiədə özünü təmin etdikdə, xarici siyasət seçimlərinin gücü çoxalır. Türkiyə məhz bunu edir. Öz silah sistemlərini istehsal etməsi və xarici asılılığı minimuma endirməsi Türkiyəni həm hərbi, həm də strateji baxımdan misilsiz bir vəziyyətə gətirib", - o söyləyib.
Xaralambides Türkiyənin qətiyyətli mövqeyinin bölgədəki rəqibləri arasında ciddi narahatlıq yaratdığını vurğulayıb.
"Narahatlığımızı artıran və alovlandıran şey etibarlı bir maneənin olmaması və Yunanıstanın Şərqi Aralıq dənizindən uzaq olmasıdır. Belə əziyyət sözün əsl mənasında bu boşluğu təsdiqləyir. Nəticədə, Türkiyə hazırda bölgədə ən dominant gücdür. Türklərin dediklərinə məhəl qoymamaq açıq-aydın axmaqlıqdır".
Ekspert həmçinin İsraillə bağlı da təəccüblü bir məqama toxunub: "Yunanıstan və Türkiyə arasında böhran baş verərsə, İsrailin müdaxilə edəcəyinə inanacaq qədər sadəlövh kimsə varmı? Hətta Yunanıstanın özü də bundan çəkinir. Buna görə də, əgər Yunanıstan Kipri qoruya biləcəyini, Türkiyəyə qarşı etibarlı olduğunu nümayiş etdirmək istəyirsə, burada olmalıdır".
Analitiklərə görə, Xaralambidesin açıqlamaları Cənubi Kipr və Yunanıstanın Türkiyəyə qarşı acizliyini, eyni zamanda Şərqi Aralıq dənizində güc balansının sürətlə Ankaranın xeyrinə dəyişdiyini ortaya qoyur.
Roza
-
Dünya11:24Tehran Fidanın səfərindən danışır: Nələr müzakirə olunub?
-
Sosial11:09Baş nazirdən pensiyalarla bağlı YENİ QƏRAR
-
Dünya10:54NATO rəsmən açıqladı: Rusiya daha aqressiv CAVAB ALACAQ
-
Magazin110:18Bakıdakı bu dəbdəbəli toy kimindir? - Yerli və xarici ulduzlar axın etdi - VİDEO
-
Nida Xəbər 09:42Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq: Hansı maddə ilə ittiham edildiyi bilindi
-
Dünya08:48Dişi aslan qəfəsinə girən gənci PARÇALADI
-
Hadisə08:36Kəlbəcərdə iki kənd ərazisində GÜCLÜ YANĞIN - FOTO
-
Magazin106:16Xatirə Moskvadan paylaşım etdi - FOTO





































