Dünya
Tehran Fidanın səfərindən danışır: Nələr müzakirə olunub?
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan İran səfəri çərçivəsində dünən paytaxt Tehranda iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.
Publika.az xəbər verir ki, ikili görüşdən sonra birgə mətbuat konfransında çıxış ediblər.
Fidan çıxışı zamanı iki ölkənin rifahına və iqtisadiyyatına, xüsusən də ticarət və enerjiyə birbaşa təsir edən çoxsaylı məsələləri müzakirə etdiklərini bildirib. O, həmçinin həmkarı ilə bərabər İranın Vanda baş konsulluq açacağı xəbərini bölüşüb.
Türkiyəli nazir Prezident Rəcəb Tayyib Ərdoğanın Tehrana gözlənilən səfəri zamanı həm də Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (HLCC) İrandakı 9-cu iclası olacağını bildirib. Qeyd edib ki, onun İrana səfəri Ərdoğanın səfərinə bir başlanğıcdır.

Fidan eyni zamanda, hər il milyonlarla insanın İran və Türkiyə arasında səyahət etdiyini və bu prosesi daha sistemli şəkildə irəli aparmaq üçün konkret layihələrin həyata keçirilməsinə ehtiyac olduğunu vurğulayıb:
"Sərhəd keçid məntəqələrinin sayını artırmalıyıq. Onları daha effektiv etməliyik. Biz həmçinin, xüsusən də Əfqanıstandan gələn qeyri-qanuni miqrasiya ilə necə mübarizə apara biləcəyimizə və Əfqanıstan hökuməti ilə necə birgə işləyə biləcəyimizə diqqət yetirdik".
Fidan son olaraq, iranlı həmkarı ilə Fələstin və Qəzza, Suriya, Livan, nüvə danışıqları və Əfqanıstan ilə Pakistan arasındakı gərginlik kimi məsələləri müzakirə etdiklərini qeyd edib.
Eyni zamanda, Fidan səfər çərçivəsində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, ölkənin dini lideri Xameneyinin müşaviri Əli Laricani ilə də bir araya gəlib.
Qeyd edək ki, Laricani bununla bağlı “X” hesabında türk dilində paylaşım edib: "Öz evinizə xoş gəlmisiniz. Türkiyə və İran arasında əməkdaşlığın artmasını ümid edirəm".

Roza
-
Dünya11:24Tehran Fidanın səfərindən danışır: Nələr müzakirə olunub?
-
Sosial11:09Baş nazirdən pensiyalarla bağlı YENİ QƏRAR
-
Dünya10:54NATO rəsmən açıqladı: Rusiya daha aqressiv CAVAB ALACAQ
-
Magazin110:18Bakıdakı bu dəbdəbəli toy kimindir? - Yerli və xarici ulduzlar axın etdi - VİDEO
-
Nida Xəbər 09:42Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq: Hansı maddə ilə ittiham edildiyi bilindi
-
Dünya08:48Dişi aslan qəfəsinə girən gənci PARÇALADI
-
Hadisə08:36Kəlbəcərdə iki kənd ərazisində GÜCLÜ YANĞIN - FOTO
-
Magazin106:16Xatirə Moskvadan paylaşım etdi - FOTO






































