Dünya
Venesuela ABŞ-a qarşı hərəkətə keçdi
Karakas ABŞ prezidenti Donald Trampın Venesuela və ətrafındakı hava məkanının tamamilə bağlanacağı barədə açıqlamasından sonra Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) şikayət ərizəsi təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə Venesuelanın nəqliyyat naziri Ramon Velaskes Araguayan sosial media hesabında bəyanat yayıb.
O, ABŞ-ın sözügedən açıqlamasının ölkənin suverenliyinin pozulması anlamına gəldiyini bildirib:
"Belə bir hərəkət, Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 17-ci Əlavəsində ciddi cinayət kimi müəyyən edilmiş qanunsuz müdaxilə təşkil edir. Bu, yalan məlumat yaymaqla aviasiya əməliyyatlarının təhlükəsizliyini təhlükə altına qoyur. Bundan əlavə, ABŞ-ın belə bir açıqlama vermək səlahiyyəti yoxdur".
Yerli medianın məlumatına görə, Venesuaela prezidenti Nikolas Maduro hökuməti Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) da məktub göndərərək ABŞ-ın Karib dənizi bölgəsindəki hərbi gücünün enerji bazarının sabitliyini ciddi şəkildə təhlükə altına qoyduğunu iddia edib.
Məktubda Venesuelanın təbii enerji ehtiyatlarını qətiyyətlə müdafiə edəcəyi və ölkənin heç bir şantaj, təhdidə boyun əyməyəcəyi vurğulanıb.
Roza
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi

































