Dünya
Papa məsuliyyəti Ərdoğanın üstünə atdı: Xristian ərəblərə tapşırıq verdi
Papa Leo Yaxın Şərq münaqişəsinin iki dövlət əsasında həllinə çağırıb. Livana gələn Roma Katolik Kilsəsinin rəhbəri ərəb ölkəsindəki xristianları iqtisadi, siyasi və təhlükəsizlik problemlərinə baxmayaraq, olduqları yerdə qalmağa səsləyib.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.
Bildirilir ki, Papa XIV Leo ilk beynəlxalq səfərinin ilk mərhələsinin ardından İstanbulu tərk etdikdən qısa müddət sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail və işğal olunmuş Fələstin ərazilərinin iki dövlətli həllə nail olunmasına kömək etmək üçün “vasitəçi” kimi çıxış etmək barədə danışdığını deyib.
Vatikanın Qəzza və Ukraynadakı münaqişələrlə bağlı mövqeyi ilə bağlı türkiyəli müxbirin sualına İtalyanca cavab verən Papa Leo, "hamımız bilirik ki, İsrail hazırda bu vəziyyəti qəbul etmir" deyib. Vatikanın "İsraillə də dost olduğunu" qeyd edən Papa Leo, problemin həlli üçün iki dövlətli həll yolunun "yeganə variant" olduğunu söyləyib. O əlavə edib: “Türkiyə bu işdə mühüm rol oynaya bilər”.
Nəşr yazır ki, Papanın cavabı Vatikanın uzunmüddətli siyasətinə uyğun olub. Vatikan Qəzza müharibəsi zamanı İsrailin davranışını da tənqid edib.
Prezident Ərdoğana şəxsi helikopterindən istifadə etdiyinə görə təşəkkür edən Papa XIV Leo təyyarədə deyib ki, Türkiyə lideri uzun aylar ərzində Rusiya və Ukrayna prezidentləri ilə müzakirələr aparıb, Ukraynadakı münaqişənin həllinə cəhd edib.
Papa təyyarədə bildirib ki, Türkiyə xristianların çox kiçik bir azlıq təşkil etməsinə baxmayaraq, “müxtəlif dinlərə mənsub insanların sülh içində yaşaya biləcəyi” ölkədir. O, Türkiyəni "dünyada hamımızın arzulayacağımız şeyə - dini fərqliliklərə, etnik fərqliliklərə, bir çox başqa fərqliliklərə baxmayaraq, insanların həqiqətən də sülh içində yaşaya bilməsi" üçün nümunəvi yer adlandırıb.
Təyyarə qırıcıların müşayiəti ilə Beyruta enib. Papa burada prezident sarayında Livanın katolik prezidenti Cozef Aunu ilə görüşüb.
Qeyd edək ki, dövlət başçısı xristian olan yeganə ərəb ölkəsi Livanda əhəmiyyətli sayda xristian əhali yaşayır və Yaxın Şərqdə Katolik Kilsəsinin qalası hesab olunur.
“Sizə yalvarırıq, getməyəcəyik, ümidsizliyə qapılmayacağıq və təslim olmayacağıq. Biz burada qalacağıq, azadlıqdan nəfəs alacağıq, sevgini kamilləşdirəcəyik, yeniliyi qiymətləndirəcəyik, müasirliyi qəbul edəcəyik və hər gün yaşamağa dəyər bir həyat yaradacağıq”, - deyə prezident Aoun Papaya müraciət edib.
Papa Leo çıxışında livanlıları iqtisadi, siyasi və təhlükəsizlik problemlərinə baxmayaraq olduqları yerdə qalmağa çağırıb. "Elə vaxtlar olur ki, qaçmaq daha asan və ya sadəcə başqa yerə köçmək daha rahat olur", - deyə Papa bildirib.
Adəm
-
Sosial14:39Əli Kərimli həbs edildi - 2 ay 15 gün
-
Dünya13:30Maduro ABŞ-a xəbər göndərdi: Bu tarixdə istefa verəcək
-
İdman13:24Əfsanəvi qapıçının üçüncü evliliyi: Onu yoldan çıxaran gözəl kimdir? - FOTOLAR
-
Rəsmi xronika13:13İlham Əliyev sərəncam imzaladı
-
Magazin112:50Ev dustağı olan Rəqsanə necə konsert verəcək? - Hüquqşünas detalları açıqladı
-
Dünya11:24Tehran Fidanın səfərindən danışır: Nələr müzakirə olunub?
-
Sosial11:09Baş nazirdən pensiyalarla bağlı YENİ QƏRAR
-
Dünya10:54NATO rəsmən açıqladı: Rusiya daha aqressiv CAVAB ALACAQ



































