Dünya
Ukrayna buna məcbur edilməyəcək - ABŞ vəd verib
ABŞ-ın Ukraynadakı müharibəni bitirmək üçün ilkin planında ən problemli məsələlərdən biri Kiyevin ölkə konstitusiyasında təsbit olunmuş NATO istəklərindən rəsmən imtina etməsi şərti idi.
Publika.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna və ABŞ nümayəndələrinin Floridada keçirilən görüşündə müzakirə aparılıb.
“Ukrayna rəsmi olaraq hüquqi mənada bu istəkdən əl çəkməyə məcbur edilməyəcək”, - agentliyin mənbəsi bildirib.
“Əgər ABŞ-ın Rusiya ilə hər hansı ikitərəfli sazişləri varsa və ya Rusiya çoxtərəfli əsasda NATO-dan müəyyən zəmanətlər almaq istəyirsə, bu, Ukraynanın qərarların qəbulu prosesində iştirak edəcəyi demək deyil”, - mənbə vurğulayıb.
Əlavə edib ki, son dərəcə incə kompromisin nə olacağı ilə bağlı yekun qərar hələ qəbul edilməyib. Bu, son nəticədə Ukrayna prezidenti ilə razılaşdırılmalıdır.
“Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ-Ukrayna danışıqları davam etdikcə və Stiv Uitkoffun Moskvaya səfəri ərəfəsində Kiyevin qırmızı xətlərindən yan keçmək üçün kreativ həll yolları araşdırılır”, - CNN-ə mənbə şərh edib.
Digər qırmızı xətt Kremlin Donbasın bütün ərazisini vermək tələbidir. Danışıqlarla birbaşa tanış olan mənbə bildirib ki, bu məsələ ilə bağlı müzakirələr davam edir.
Adəm
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi

































