Dünya
Rusiya-Ukrayna sərhədi yenidən çəkilir: Haradan keçəcək?
ABŞ və Ukrayna arasındakı danışıqlarda rəsmilərin diqqəti müharibədən sonra Rusiya ilə faktiki sərhədin harada olacağı məsələsinə yönəlib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın "Axios" xəbər portalı məlumat yayıb.
Bildirilib ki, dünən ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş hərtərəfli məsələlərin müzakirə olunduğu iclasdan sonra üç rəsmi ilə davam edib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Rustem Umerov ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla təkbətək görüş keçirib və danışıqlar barədə məlumat vermək üçün Ukrayna prezidenti Volodimir Zelenskiyə zəng edib.
Bildirilib ki, beş saatlıq danışıqlar gərgin, lakin məhsuldar keçib. Məlumata görə, görüşdə demək olar ki, yeganə müzakirə mövzusu sərhəd nəzarəti olub və sülh müqaviləsi çərçivəsində Rusiya ilə faktiki sərhədin haradan çəkiləcəyinə diqqət yetirilib.
Qeyd edək ki, bazar günü Uitkoff, dövlət katibi Marko Rubio və Cared Kuşner Ukrayna nümayəndə heyəti ilə danışıqlar aparıblar. Ukrayna nümayəndə heyətinə Rustem Umerov başçılıq edib.
Roza
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı









.jpg)
























