Dünya
Putindən bu ölkə ilə bağlı mühüm QƏRAR: Onlara şamil edilməyəcək
Rusiya prezidenti Vladimir Putin Çin vətəndaşlarının Rusiyaya 30 günə qədər vizasız səyahət etməsinə icazə verən fərman imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, fərmana əsasən, turistlər, işgüzar səfər edənlər, akademiklər, sənətçilər və idmançılar üçün 30 günə qədər vizasız səyahət mümkün olacaq.
Lakin fərman çinli miqrant işçilərə, uzunmüddətli tələbələrə və ya logistika, nəqliyyat sektorlarında çalışanlara şamil edilməyəcək.
Məlumata görə, bu addım Pekinin bir neçə kateqoriyalı Rusiya vətəndaşlarına Çinə vizasız giriş vermək qərarına cavab olaraq həyata keçirilib. Fərman 14 sentyabr 2026-cı ilə qədər qüvvədə olacaq.
Qeyd edək ki, rəsmi Pekin sentyabr ayında Rusiya vətəndaşlarının bir il müddətinə 30 günə qədər Çinə vizasız səyahət etməsinə icazə verəcəyini açıqlamışdı.
Roza
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı









.jpg)
























