Dünya
Trampın verdiyi vaxt bitdi, bütün yollar bağlandı: Maduronu nə gözləyir?
ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduroya ölkəni tərk etməsi üçün ötən cümə gününə qədər vaxt veribmiş. Maduro isə tabe olmaqdan imtina etdikdən sonra ABŞ ölkə üzərindəki hava məkanını bağladığını elan edib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Nəşrin yazdığına görə, Maduro və hökuməti ardıcıl olaraq bütün cinayət ittihamlarını rədd edir və ABŞ-ın neft də daxil olmaqla Venesuelanın böyük təbii sərvətlərinə nəzarəti ələ keçirmək üçün rejim dəyişikliyinə cəhd etdiyini iddia edir.
Maduro telefon danışığında Trampa bildirib ki, ona və ailə üzvlərinə ABŞ-ın bütün sanksiyalarının ləğvi və Beynəlxalq Cinayət Məhkəməsində ona qarşı işin dayandırılması da daxil olmaqla, tam amnistiya şərti ilə Venesuelanı tərk etməyə hazır olduğunu bildirib.
O, həmçinin ABŞ-ın bir çoxunu insan haqlarının pozulması, narkotik ticarəti və ya korrupsiyada ittiham etdiyi 100-dən çox Venesuela rəsmisinə qarşı sanksiyaların ləğvini istəyib.
Agentliyin mənbələri bildirib ki, Maduro vitse-prezident Delsi Rodrigezdən yeni seçkilər keçirilənə qədər müvəqqəti hökumətə rəhbərlik etməyi xahiş edib.
Tramp 15 dəqiqədən az davam edən telefon danışığı zamanı Maduronun əksər istəklərini rədd edib, lakin ailə üzvləri ilə birlikdə Venesuelanı tərk etmək üçün bir həftə vaxtının olduğunu bildirib.
Bu müddət cümə günü başa çatıb və bundan sonra Tramp şənbə günü Venesuela hava məkanının bağlandığını elan edib.
Maduro ilə danışığı təsdiqləyən Ağ Ev əlavə məlumat verməkdən imtina edib və eyni zamanda Venesuela İnformasiya Nazirliyi də şərh tələblərinə cavab verməyib.
Adəm
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı









.jpg)
























