Dünya
Bu ölkə ABŞ və Venesuelanı barışdırmaq istəyir
Qətər ABŞ və Venesuela arasındakı münasibətlərdəki böhranın həllində vasitəçilik etməyə hazırdır.
Publika.az xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
"Biz dünyanın bu hissəsindəki gərginliyi diqqətlə izləyirik və baş verənlərdən narahatıq. Zərurət yaranarsa, tərəflər arasında istənilən siyasi dialoqu dəstəkləməyə hazırıq", - Ənsari deyib.
Diplomat vurğulayıb ki, Doha hələ də münaqişə tərəflərindən belə bir müraciət almayıb. Əlavə edib ki, buna baxmayaraq, əmir dialoq üçün öz xidmətlərini təklif etməyə hazırdır.
Xatırladaq ki, ABŞ Nikolas Maduronun hökumətinə qarşı ritorikasını sərtləşdirib. Vaşinqton Karakasda hakimiyyətin dəyişdirilməsini tələb edir. Buna cavab olaraq Venesuela prezidenti bir neçə il ərzində mərhələli şəkildə istefa verməyi təklif edib. Lakin Amerika tərəfi bu təklifi rədd edib.
Adəm
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi

































