Dağıstanda polis avtomobili atəşə tutuldu, ölənlər var
Bizi izləyin

Dünya

Dağıstanda polis avtomobili atəşə tutuldu, ölənlər var

Dağıstan Respublikasında naməlum şəxslər polis avtomobilinə atəş açıb.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının iki əməkdaşı həlak olub, iki nəfər də yaralanıb.

Hadisə dünən Xasavyurt-Oktyabr avtomobil yolunda yerli vaxtla saat 21:00-də baş verib.

“Hücumda üç cinayətkar iştirak edirdi. Təqib zamanı onlardan biri öldürülüb. Digərlərinin axtarışı davam edir”, - muxtar respublikanın hüquq-mühafizə orqanlarından bildirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm