Dünya
Hindistan Rusiyadan S-500 almağı planlaşdırır
Hindistan S-500 hava hücumundan müdafiə sistemlərinin alınması üçün Rusiya ilə rəsmi danışıqlara başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Military Watch Magazine" (MWM) məlumat yayıb.
"Hindistan mediası təsdiqləyib ki, ölkənin Müdafiə Nazirliyi S-500 uzaqmənzilli hava hücumundan müdafiə sisteminin alınmasına dair Rusiya ilə rəsmi danışıqlara başlamağı planlaşdırır. Danışıqlar dekabrın 4-də Hindistanın müdafiə naziri Racnat Sinqx və onun rusiyalı həmkarı Andrey Belousov arasında Yeni Dehlidə keçiriləcək görüş zamanı başlayacaq ", - nəşr yazır.
Qeyd olunur ki, Hindistanın S-500-ə marağı Çinin qitələrarası ballistik raketləri və kosmik aparatların qarşısını almaq qabiliyyətinə malik HQ-29 sisteminin mövcudluğu ilə izah olunur.
Bildirilir ki, görüşdə S-400 sistemlərinin tədarük qrafiki və Nyu-Dehlinin Moskvadan beşinci nəsil Su-57 qırıcılarının mümkün alışı da müzakirə olunacaq.
Nəşr vurğulayır ki, 600 kilometrə qədər tutma diapazonu ilə S-500 NATO təyyarələri üçün xüsusi təhlükə yaradır. Həmçinin S-400 sisteminin 300 kilometrə qədər mənzilli 40N6 raketi Hindistan-Pakistan münaqişəsi zamanı qarşı tərəfin bir neçə təyyarəsini məhv edərək öz imkanlarını təsdiqləyib.
Adəm
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi

































