Dünya
Küçədə qalan 68 yaşlı kişi bir anda milyonçu oldu
Taylandda bir müddət evsiz qalan pensiyaçı lotereyadan 18 milyon bat (təxminən 958 min manat) udub.
Publika.az xəbər verir ki, bu barədə "The Thaiger" məlumat yayıb.
Məlumata görə, tənha kişi son vaxtlar kirayə otaqda yaşamağa başlayıb. O, gündəlik işlərdən əldə etdiyi gəlirlə ayda 1500 bat (təxminən 80 manat) kirayə haqqını ödəməyə çalışıb. Dekabrın 1-də isə o, dövlət lotereyasında cekpotu udub. Bundan sonra qoca kişinin həyatı tamamilə dəyişib.
Lotoreyadan pul qazandığı xəbəri yayıldıqdan sonra kişinin qohumları onu ziyarət ediblər. Lakin onlar təqaüdçünün kimin evində qalmalı olduğu barədə razılığa gələ bilməyiblər.
Müxtəlif bankların işçiləri də kişini ziyarət edərək onu hesab açmağa razı salmağa çalışıblar.
Məlum olub ki, sosial xidmətlər artıq onun üçün ev tikilməsi məqsədilə 40 000 bat ayırıb, lakin kişi milyonçu olduqdan sonra vəsaiti ehtiyacı olan digər insanlara yönləndirib. Təqaüdçünün hazırkı ev sahibi isə mənzilini 2 milyon bata ona satmağa çalışıb.
Taylandda bir anda məşhurlaşan kişi hələlik qazandığı pul barədə şərh verməyib.
Ləman
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi

































