Dünya
Maduroya bu ölkəyə köçmək təklif olunacaq
ABŞ rəsmiləri Venesuela Prezidenti Nikolas Maduronun Qətərə köçə biləcəyi ssenarini müzakirə edirlər.
Publika.az xəbər verir ki, bu barədə "The New York Post" qəzeti məlumat yayıb.
Məlumata görə, ABŞ və Venesuela arasındakı böhranın həlli istiqamətində dövlət katibi Marko Rubio Maduro üçün bu variantı nəzərdən keçirməyi təklif edib.
Qətər Venesueladakı vəziyyətlə bağlı vasitəçilik səylərində iştirak edir, buna görə də ABŞ administrasiyasının bəzi rəsmiləri bu ssenarini "olduqca real" hesab edir.
Xatırladaq ki, ABŞ Nikolas Maduronun hökumətinə qarşı ritorikasını sərtləşdirib. Vaşinqton Karakasda hakimiyyətin dəyişdirilməsini tələb edir. Buna cavab olaraq Venesuela prezidenti bir neçə il ərzində mərhələli şəkildə istefa verməyi təklif edib. Lakin Amerika tərəfi bu təklifi rədd edib. ABŞ Prezidenti Donald Tramp Maduronu istefa verməsə, güc tətbiq etməklə hədələyib.
Ləman
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi

































