Dünya
Papa Fransiskin Ukrayna ilə bağlı vəsiyyəti açıqlandı
2025-ci ilin aprelində vəfat edən Papa Fransisk Ukrayna üçün təcili yardım maşınlarının alınması üçün maliyyə vəsaiti ayrılmasını vəsiyyətinə daxil edibmiş.
Publika.az “Bild” nəşrinə istinadla xəbər verir ki, bu barədə yerli radiostansiyalardan birində ispan rahibə Lusiya Karam məlumat verib.
Genişmiqyaslı işğalın başlanmasından bəri Ukraynaya dəfələrlə səfər edən və humanitar layihələrdə iştirak edən Karamın sözlərinə görə, pontifik şəxsən onun mirasının bir hissəsinin müharibə bölgələrində tibb işçilərinin dəstəklənməsinə yönəldilməsini vəsiyyət edib.
“Frensisk məni həmişə Ukraynaya kömək edəcəyinə inandırırdı, lakin bu dəstəyin bu qədər xüsusi və təsiredici şəkildə ifadə ediləcəyini təsəvvür edə bilməzdim”, - o deyib.
Nəşrin məlumatına görə, papalıq fondundan ayrılan vəsait cəbhəyanı və müharibə gedən rayonlarda fəaliyyət göstərəcək təcili tibbi yardım maşınlarının alınması üçün nəzərdə tutulub. Mənbələr qeyd edir ki, belə maşınlar yaralıların təxliyəsi və operativ tibbi yardımın göstərilməsi üçün çox vacibdir.
Tural
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi

































