Kürəkən gedib nə deyəcək? – Moskva Vaşinqtondan cavab gözləyir
Bizi izləyin

Dünya

Kürəkən gedib nə deyəcək? – Moskva Vaşinqtondan cavab gözləyir

Moskva Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner arasında aparılan müzakirələrə Vaşinqtonun cavabını gözləyir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

ABŞ nümayəndələrinin Rusiyaya səfəri Ukrayna ilə bağlı sülh planının müzakirəsi prosesi ilə bağlı olub.

"Biz indi amerikalı həmkarlarımızın çərşənbə axşamı apardığımız müzakirəyə cavabını gözləyirik", - Uşakov jurnalistlərə bildirib.

Daha əvvəl Uşakov məlumat vermişdi ki, Putinin Uitkoff və Kuşnerlə görüşü 5 saat davam edib. Görüşdə konkret təkliflərdən çox, ABŞ-ın Ukraynada nizamlanma planının mahiyyəti müzakirə olunub. Onun sözlərinə görə, tərəflər Ukraynada sülh yolu ilə, uzunmüddətli nizamlanmaya nail olmaq üçün birgə işi davam etdirməyə hazır olduqlarını bildiriblər.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm