Dünya
Maduronun 2026-cı il planı: Xalq, ordu və polis...
Venesuela prezidenti Nikolas Maduro ölkəsinin 2026-cı il hədəflərini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə VTV telekanalı məlumat yayıb.
Bildirilib ki, Maduro yüksək vəzifəli hökumət rəsmiləri ilə görüşdə növbəti il üçün məqsədlərinin "dinc və çiçəklənən bir vətən qurmaq" olduğunu söyləyib.
"2026-cı ildə ölkənin müdafiəsini daha da gücləndirəcəyik və bu istiqamətdə yeni strategiyalar elan ediləcək. Həmçinin, dövlətin kommunikasiya siyasəti, sosial təşkilat və yerli idarəetmə strukturları gücləndiriləcək. Xalq, ordu və polis arasında mükəmməl birlik sayəsində Venesuela müstəqil və dinc olaraq qalır", - Venesuela lideri qeyd edib.
Maduro eyni zamanda, ABŞ-ın Karib dənizində davam edən hərbi fəaliyyətlərinin Venesuela üçün təhlükə yaratdığını və yeni ildə müdafiəyə daha çox sərmayə qoyacaqlarını vurğulayıb.
Həmçinin, Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez də bildirib ki, Venesuela Silahlı Qüvvələri ölkəyə qarşı hər hansı bir hücuma ən güclü cavabı verməyə hazırdır.
Roza
-
Nida Xəbər 00:47Bakıda müşahidə olunan dronlarla bağlı ekspert açıqlaması - Bu, açıq-aşkar göstərir ki...
-
Sosial00:25Bu gün İlaxır çərşənbədir
-
Sosial16 Mart 23:00İşləyənlərin nəzərinə: 19 martla bağlı qərar verildi
-
Sosial16 Mart 22:18Bakı metrosunda yeni qadağa: 30 manat cərimələnmək istəmirsizsə... - Foto
-
ABŞ16 Mart 21:39Trampdan bu ölkələrə çağırış: Gəlib bizə kömək edin!
-
Ekologiya16 Mart 21:26Güclü maqnit qasırğası baş verəcək - Xəbərdarlıq edildi
-
İnanc16 Mart 19:30Ramazanın 27-ci günü: Dua, imsak və iftar vaxtı
-
İdman16 Mart 19:20Abramoviçin vaxtındakı pozuntular: “Çelsi” cəzalandı































