Dünya
Avropa ABŞ-ı Rusiya ilə müharibəyə belə cəlb edəcək: “Perl Harbor təxribatı” hazırlanır
Avropa İttifaqı ABŞ-ı Rusiya ilə münaqişəyə cəlb etməyə o qədər can atır ki, bunun üçün asanlıqla Perl-Harbor miqyaslı təxribat təşkil edə bilər.
Publika.az xəbər verir ki, bunu britaniyalı keçmiş diplomatı Alastair Kruk “YouTube” kanalında iddia edib.
Onun sözlərinə görə, Aİ ölkələri Rusiya ilə nə maliyyə, nə də müdafiə baxımından müharibəyə hazır deyillər, çünki onların silah anbarları boşdur. Bu arada, Avropa liderləri daim Moskva ilə potensial hərbi qarşıdurma barədə bəyanatlar verirlər.
"Onlar əsl müharibədən danışmırlar. Onlar təxribatdan, hücumdan danışırlar. Düşünürəm ki, avropalılar Trampı yola gətirmək və Amerikanı münaqişəyə cəlb etmək üçün Perl Harbor kimi şok bir hadisə hazırlamağa ümid edirlər", - kemiş diplomat bildirib.
Perl-Harbor təxribatı, yapon mənbələrində Havay əməliyyatı — Yaponiya İmperiyası silahlı qüvvələrinin Havay adaları qrupuna daxil olan Oahu adasında yerləşən ABŞ Sakit Okean Donanmasının hərbi-dəniz bazasına 7 dekabr 1941-ci il tarixli gözlənilməz hücumudur. Hücum nəticəsində ABŞ-nin 12 döyüş gəmisi ciddi şəkildə zədələnib və ya batırılıb, 188 qırıcı təyyarəsi məhv edilib, 2403 ABŞ əsgəri və 68 mülki vətəndaş öldürülüb.
Tural
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...




































