Region
Putin bu sözlərlə Paşinyan haqda hökm verdi - Oskanyan detalları açdı
Putinin ön sözü mahiyyət etibarilə Paşinyan haqqında bir hökm idi.
Publika.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan “Facebook” səhifəsində yazıb.
"Nikol Paşinyan və Vladimir Putin arasında dünən Moskvada keçirilən görüş məzmunca adi rəsmi görüş deyildi. Putin diqqətlə hazırlanmış ictimai çıxışında həm diplomatik, həm də siyasi cəhətdən zərərli bir mesaj çatdırdı.
Ermənistanın iqtisadi əlaqələrinə, təhlükəsizlik məsələlərinə toxunaraq, Dağlıq Qarabağdan, Paşinyanın Avropa İttifaqı ilə münasibətlərə dair qeyri-real gözləntilərindən bəhs edərək və hətta qarşıdan gələn seçkilərə işarə edərək, o, nəinki ikitərəfli münasibətləri və regional problemləri ümumiləşdirdi, həm də Ermənistanın nələrə sahib olduğu, nələri itirdiyi və nələri itirə biləcəyi arasındakı fərqi aydın şəkildə göstərdi.
Putinin ön sözü, mahiyyət etibarilə, Paşinyan haqqında bir hökm idi. Diplomatik dili bir kənara qoysaq, mesaj büllur kimi aydın idi: nə etdiyinizi başa düşmürsünüz, səhv yoldasınız və bu şəkildə davam etsəniz, erməni xalqına onsuz da etdiyinizdən daha çox zərər verəcəksiniz”, - Oskanyan yazıb.
Müəllif: Tural
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi





































.jpg)
