Tramp BBC-dən 10 milyard tələb edir - Buna görə
Bizi izləyin

Dünya

Tramp BBC-dən 10 milyard tələb edir - Buna görə

Tramp BBC-dən 10 milyard tələb edir - Buna görə

ABŞ prezidenti Donald Tramp BBC-yə qarşı ümumilikdə 10 milyard dollarlıq iddia qaldırıb.

Publika.az xəbər verir ki, Tramp bu barədə dünən Oval Ofisdə jurnalistlərə açıqlamasında bildirib.

ABŞ lideri iddia edib ki, BBC onun 2021-ci il Konqres basqını ilə bağlı çıxışındakı bəzi açıqlamalarından yanlış və böhtan xarakterli təsvir yaradaraq, kontekstdən çıxarılmış versiyada sənədli filmdə istifadə edib. Bununla da şirkət ştat qanunlarını pozub.

Məlumata görə, Tramp 5 milyard dollar böhtana, daha 5 milyard dollar isə Florida ştatının ticarət təcrübələri qanununu pozduğuna görə təzminat tələb edir.

Qeyd edək ki, 28 oktyabr 2024-cü ildə BBC News-da yayımlanan "Panorama" proqramında Trampın 2021-ci il Konqres basqınından əvvəl etdiyi iki fərqli çıxışı əhatə edən "Tramp: İkinci Şans?" adlı sənədli film nümayiş etdirilib. ABŞ-da prezident seçkilərindən bir həftə əvvəl yayımlanan sənədli filmdə BBC-nin bu iki fərqli çıxışı birləşdirərək vahid bir çıxış kimi təqdim etdiyi ortaya çıxıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm