Dünya
Ruslar bu ölkənin sərhədini pozdu: Nota verildi
Rusiyanın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb və ona sərhəddəki qanunsuzluqla bağlı etiraz notası təqdim edilib.
Publika.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, pozuntu Narva çayında, Vasknarva kəndi yaxınlığında baş verib.
Estoniya xarici işlər naziri Marqus Saxkna qeyd edib ki, ərazidə nəzarət gücləndirilib və Tallin cavab verməyə hazırdır. Nazir əlavə edib ki, Rusiyanın sərhədlərini yoxlamaq cəhdlərinə ən yaxşı cavab Ukraynaya davamlı dəstək və Rusiyaya artan siyasi və iqtisadi təzyiqdir.
Qeyd edək ki, üç Rusiya sərhədçisi dekabrın 17-də Estoniya sərhədini qanunsuz olaraq keçib. Məlumata görə, onlar hava yastığı ilə gəlib, körpü boyunca gəzib, sonra nəqliyyat vasitələrinə minib qayıdıblar. Sərhədçilər təxminən 20 dəqiqə Estoniyada qalıblar. Əvvəlcədən heç bir xəbərdarlıq edilməyib.
Adəm
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi




































