Dünya
Dubayı su basdı: Lüks avtomobillər küçələrdə "üzür" - FOTO
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ildırımla müşayiət olunan güclü fırtınalar davam edir.
Publika.az xəbər verir ki, leysan yağışları ölkənin ən böyük şəhərlərindən biri olan Dubayın bir sıra ərazilərini su altında qoyub.
Şəhərin küçələri tamamilə su ilə dolub, nəticədə bir çox lüks avtomobil zərər görüb. Avtomobillərin, sözün əsl mənasında, yolboyu üzdüyü görünür.
Güclü külək hotellərin yerləşdiyi çimərliklərə ciddi ziyan vurub. Təhlükəsizlik məqsədilə hakimiyyət orqanları bir neçə şəhər parkını və ictimai çimərlikləri bağlayıb.
Kəskin hava şəraiti ilə əlaqədar “Emirates” və “flydubai” aviaşirkətləri bir sıra reysləri ləğv edib və ya təxirə salıb.
Güclü yağışlar zamanı Ras-əl-Xaymada divarın uçması nəticəsində 27 yaşlı hindistanlı mühacir Salman Fariz həlak olub.
Ölkənin Milli Meteorologiya Mərkəzi yağışların, fırtınaların, dolunun, güclü küləyin, tozlu hava şəraitinin və dənizdə güclü dalğalanmanın davam edəcəyi barədə xəbərdarlıq edib. Hakimiyyət orqanları əhalini evdə qalmağa, daşqınlara məruz qalan ərazilərdən uzaq durmağa və hava şəraitinin qeyri-sabit qalması səbəbindən səfərləri məhdudlaşdırmağa çağırır.
Hazırda intensiv leysanların törətdiyi genişmiqyaslı fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi




































