Dünya
ABŞ kəşfiyyatı bəyanat yaydı: Rusiya bütün Avropanı işğal edəcək?
"NATO və Avropa İttifaqı ABŞ ordusunu birbaşa Rusiya ilə müharibəyə cəlb etmək istəyir".
Publika.az xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard "X" sosial media platformasındakı açıqlamasında bildirib.
O, Rusiyanın bütün Ukraynanı və Avropanın bir hissəsini ələ keçirməyi planlaşdırdığı iddia edilən xəbərlərə reaksiya verib. Qabbard bu xəbərləri "yalan və təbliğat" adlandırıb: "Bu xəbərlər ABŞ Prezidenti Donald Trampın sülh səylərini pozmaq və ictimaiyyətdə qorxu yaratmaqla müharibənin eskalasiyasını təşviq etmək məqsədi daşıyır".
Qabbardın sözlərinə görə, NATO və Avropa İttifaqı (Aİ) ABŞ ordusunu birbaşa Rusiya ilə müharibəyə cəlb etmək istəyir.
"ABŞ kəşfiyyatı qərar qəbul edənlərə, o cümlədən Demokratlar Palatasının Kəşfiyyat Komitəsinin üzvünə məlumat verib. ABŞ kəşfiyyatı həmçinin, Rusiyanın NATO ilə daha geniş müharibədən qaçdığını, Rusiyanın hazırkı hərbi imkanları ilə bütün Ukraynanı işğal etmək gücünə malik olmadığını və Avropanı "fəth etməkdən" söhbət gedə bilməyəcəyini qiymətləndirib", - o qeyd edib.
Roza
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi



































