İdman
Buffon da istefa verir
İtaliya millisinin nümayəndə heyətinin rəhbəri Canluici Buffon 2026-cı il dünya çempionatının seçmə mərhələsinin pley-off finalında Bosniya və Herseqovinaya məğlubiyyətdən sonra vəzifəsindən ayrılmağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu brədə "Sky Sport Italia" məlumat yayıb.
48 yaşlı funksioner 2023-cü ilin avqustundan bu postu tuturdu və İtaliya millisinin ardıcıl üçüncü dəfə mundiala vəsiqə qazana bilməməsindən sonra baş məşqçi Cennaro Qattuzo ilə birlikdə postunu tərk edəcəyi gözlənilir.
İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina əvvəlcə hər iki şəxsdən vəzifələrində qalmağı xahiş etsə də, Buffon təsdiqləyib ki, o və Qattuzo mövsümün sonuna qədər federasiyanın sərəncamında olacaqlar.
Qərar Zenitsada keçirilən və 1:1 hesabı ilə başa çatan oyunun penaltilər seriyasında 1:4 hesablı məğlubiyyətlə yekunlaşmasından sonra verilib. Bu nəticə dördqat dünya çempionu olan İtaliya üçün tarixi uğursuzluq sayılır. Komanda 2014-cü ildən bəri dünya çempionatlarında iştirak etmir.
Heybət
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır


















.jpg)






.jpg)











