Dünya
Üç ölkə bir araya gəldi, Türkiyəyə qarşı hərəkətə keçirlər - Şok plan
Xəbər verdiyimiz kimi, bu gün Təl-Əvivdə İsrail, Yunanıstan və Cənubi Kipr arasında üçtərəfli zirvə görüşü keçiriləcək.
Publika.az xəbər verir ki, İsrail mətbuatının yazdığına görə, İsrailin Baş naziri Benyamin Netanyahu, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Cənubi Kipr Administrasiyasının lideri Nikos Xristodulides arasındakı görüş yerli vaxtla 14:30-da başlayacaq.
Üçtərəfli görüşdən sonra liderlərin qəbul edilən qərarları açıqlamaq üçün birgə mətbuat konfransı keçirməsi gözlənilir.
Zirvə toplantısının prioritet mövzularından biri Şərqi Aralıq dənizində fəaliyyət göstərmək üçün "birgə hərbi qüvvə"nin yaradılması olacaq. Bu addımın bölgədəki təhlükəsizlik balansına birbaşa təsir göstərə biləcəyi qeyd edilib.

Məlumata görə, üç ölkə lideri Şərqi Aralıq dənizindəki son hadisələr fonunda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməyi hədəfləyirlər. Həmçinin üç müttəfiq, Türkiyənin Şərqi Aralıq dənizində artan imkanlarına qarşı birgə sahədə təlimlər, yüksək səviyyəli gizli görüşlər və hərbi planlaşdırma ilə mütəşəkkil "Sürətli müdaxilə qüvvəsi" yaratmaq barədə müzakirələr aparır.
Xatırladaq ki, üç ölkə arasında ümumilikdə 2500 əsgərdən ibarət "Sürətli müdaxilə qüvvələri" planına əsasən, İsrail və Yunanıstan hərəsi 1000, Cənubi Kiprin isə bölgəyə 500 əsgər göndərəcəyi bildirilmişdi.
Roza
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi



































