Dünya
Rusiyadakı partlayışda general həlak oldu: Ukrayna kəşfiyyatının işidir? - FOTO
Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının operativ hazırlıq idarəsinin rəisi general-leytenant Fanil Sarvarov Moskvada baş verən avtomobil partlayışı nəticəsində həlak olub.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi bəyanat yayıb.
"Dekabrın 22-si səhər saatlarında Moskvanın Yasenyeva küçəsində avtomobilin altında quraşdırılmış əldəqayırma partlayıcı qurğu işə düşüb. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının operativ hazırlıq idarəsinin rəisi, general-leytenant Fanil Sarvarov aldığı xəsarətlər nəticəsində ölüb", - bəyanatda qeyd olunub.
Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun “RİA Novosti” agentliyinə verdiyi məlumata görə , hərbçinin qətli ilə bağlı cinayət işi açılıb.
Onun sözlərinə görə, müstəntiqlər qətlin müxtəlif versiyaları üzərində işləyirlər.
Petrenko bildirib ki, "Müstəntiqlər qətllə bağlı müxtəlif nəzəriyyələr irəli sürürlər. Onlardan biri də cinayətin Ukrayna kəşfiyyat xidmətləri tərəfindən təşkil edilməsidir".
O, həmçinin avtomobilin alt hissəsinə quraşdırılmış partlayıcı qurğunun işə düşdüyünü bildirib.
Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "e" bəndi və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222.1-ci maddəsi (ümumi təhlükəli şəkildə törədilmiş qətl; partlayıcı maddələrin qanunsuz dövriyyəsi) ilə cinayət işi açılıb.
Roza
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi



































