Dünya
Türkiyənin bu addımı İsraili qorxutdu: Ankara Təl-Əvivi mühasirəyə alır
Ankaranın Hind okeanı ətrafında artan fəaliyyəti Təl-Əvivdə böyük narahatlığa səbəb olub. İsrail mediası Türkiyə ilə Pakistan arasında əldə olunan müqaviləni İsrailin mühasirəyə alınması kimi qələmə verib.
Publika.az xəbər verir ki, İsrail nəşri "Algemeiner" Türkiyə ilə Pakistan arasında imzalanan 5 karbohidrogen müqaviləsini təhlil edib.
"İsrail təhlükəsizlik agentlikləri haqlı olaraq İranın "Atəş Həlqəsi"nə diqqət yetirsələr də, yeni və potensial olaraq daha ölümcül bir ox formalaşıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uzun müddətdir ki, Türkiyənin dəniz gücünü Egey dənizindən kənara çıxarmağı hədəfləyən "Mavi Vətən" doktrinasını müdafiə edir. Bu müqavilə Türkiyəyə Pakistanın dəniz iqtisadi zonasında əməliyyatlar aparmaq hüququ verir" - xəbərdə qeyd olunub.

Nəşrə görə, bu müqavilə Türkiyə Hərbi Dəniz Qüvvələrinə Hind okeanında irəliləyiş təmin edir:
"İlk dəfə olaraq İsrailin şərq qapısında "düşmən" bir qüvvə var. İsrail iqtisadiyyatı dəniz vasitəsilə sərbəst ticarətdən asılıdır. Ankara bayrağını Karaçi sahilinə sancmaqla, Eylata aparan şərq sahillərində effektiv şəkildə bir boğucu nöqtə qurur. Türkiyə artıq İsrailin Aralıq dənizi ticarət yollarının girişinə nəzarət edir və Hind okeanına müdaxilə etməyə hazırdır".
Məqalədə həmçinin Türkiyənin yüksələn hərbi güc olduğu vurğulanıb: "Bu müqavilə, Türkiyədən Pakistana külli miqdarda kapital köçürmələrini əhatə edir və bunun yalnız təbii qaz, Türkiyə maliyyəsi üçün olduğunu düşünmək ciddi dərəcədə sadəlövhlük olardı".
Xatırladaq ki, dekabrın 3-də İslamabadda Türkiyənin "Turkish Petroleum" şirkəti ilə Pakistan şirkətləri arasında üç dənizdə və iki quruda karbohidrogen tədqiqatı və kəşfiyyatı müqaviləsi imzalanıb.
Roza
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi



































