İsrailin bütün sirləri ifşa oldu: Netanyahunun gizli qoruyucusu haker hücumuna məruz qaldı
Bizi izləyin

Dünya

İsrailin bütün sirləri ifşa oldu: Netanyahunun gizli qoruyucusu haker hücumuna məruz qaldı

İranlı "Hanzala" haker qrupu İsrailin Baş naziri Benyamin Netanyahunun Baş Qərargah rəisi Tzaçi Bravermanın mobil telefonunun məzmununa daxil olaraq məxfi məlumatlar əldə edib.

Publika.az xəbər verir ki, bu iddia "Hanzala" tərəfindən “X” sosial media platformasında elan edilib.

Elanda Bravermanın telefonundakı nömrə qeydlərinin 110 səhifəsinin "Bibi Gate" adlı kiberhücumda ələ keçirildiyi bildirilib.

Həmçinin, Netanyahunun təhlükəsizlik qrupunun üzvləri haqqında məlumatlara da daxil olunduğu iddia edilib: "Bizdə hər şey var. Şifrəli söhbətlər, gizli razılaşmalar, utancverici mənəvi və maliyyə oğurluqları, vəzifə səlahiyyətlərindən sui-istifadə, şantaj, rüşvət. İllərdir "Hanzala"nın aranızda olmadığını düşünərək kiçik rəqsinizi etdiniz. Amma biz hər dəfə otaqda idik”.

Netanyahunun pərdəarxası sirlərinin qoruyucusu kimi tanınan Bravermanın kabinet mesajları və məxfi sənədlər ələ keçirilən məlumatların əsas hissəsi olduğu qeyd olunub.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm