Sosial
Qaz limiti bu tarixdə sıfırlanacaq - RƏSMİ
İlin başa çatmasına 2 gün qalır. Abonentləri təbii olaraq qaz limitlərinin nə zaman yenilənəcəyi maraqlandırır.
Publika.az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Bakıvaxt.az-a açıqlamasında bildirib ki, hər il olduğu kimi bu il də "smart-kart" tipli sayğaclar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik olaraq yeniləcək:
“Mexaniki sayğaclarda isə bu proses bir neçə gün davam edə bilər”.
E.Vəliyev qeyd edib ki, bu, sıfırlanma deyil, bunun adı limitlərin yenilənməsidir:
“Sıfırlanma deyəndə abonentlər təşvişə düşür. Abonentlər elə bilirlər ki, yanvarın ilk günlərində sayğaclarında olan rəqəmlər sıfırlanacaq. Yəni bu sıfırlanma deyil, yenilənmədir”.
O, qeyd edib ki, yanvarın 6-7-dən sonra abonentlər alacaqları qazı 1200 kubmertlik limitlə əldə edəcəklər:
“Bu isə 12 qəpik deməkdir. Abonentlər hər istifadə etdikləri qazın bir kubmetrinə görə 12 qəpik ödəyirlər.
Limit keçildikdən sonra isə 2500 kuba qədər istifadə olunan qazın hər kubmetrinə görə abonent 20 qəpik ödəyir. 2500 kubmetr keçdikdən sonra isə 25 qəpikdən hesablanır".
-
Nida Xəbər 19:40Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - Yeni təyinatlar
-
Elm və təhsil18:10Magistratura imtahanının nəticələri elan olundu
-
İKT16:05Süni intellekt savaşında sensasiya: Zukerberq Trampa qarşı çıxdı
-
Magazin115:24Sevda Ələkbərzadə görünüşünü dəyişdirdi - FOTO
-
Səhiyyə14:34Həkimdən etiraz: Aran Regional Klinikasının “ilk varikoz əməliyyatı” iddiası yalan çıxdı - VİDEO
-
Sağlamlıq14:01Bu məşhur sızanağı sıxdı, ölümdən döndü - Həkimlər xəbərdarlıq etdi
-
Tarix13:15Qeyri-adi məzar tapıldı: Başıaşağı dəfn və tısbağa sirri alimləri heyrətləndirdi - FOTO
-
Nida Xəbər 12:39Əli Əsədov sərəncam imzaladı










.webp)


.jpg)
.jpg)

.jpg)




.jpg)

















