İdman
Abramoviç milyardlıq məhkəmə çəkişməsində bu addıma əl atdı
"Çelsi"nin sabiq sahibi Roman Abramoviç klubun satışından əldə olunan vəsaitin Ukraynadakı müharibənin qurbanlarına yardım üçün blokdan çıxarılması məsələsində ciddi nəticələrə səbəb ola biləcək Cersi adasında (La-Manş boğazında, Normandiya adaları tərkibində yerləşir) aparılan məhkəmə prosesi üçün dünyanın ən güclü vəkillərindən bəzilərini cəlb edib.
Publika.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Rusiyalı oliqarxın 5,3 milyard funt sterlinq məbləğində vəsaiti 2022-ci ildə Cersi məhkəmələri tərəfindən dondurulub və ada hökumətinin bu pulların mənşəyi ilə bağlı başladığı araşdırmadan sonra mürəkkəb hüquqi prosesin predmetinə çevrilib. Ötən həftə yayılan məlumatlara görə, Abramoviç Böyük Britaniyanın baş naziri Kir Starmerin "Çelsi"nin satışından əldə olunan 2,35 milyard funtun Ukrayna üçün yaradılacaq yeni fonda köçürülməsi tələbi ilə razılaşmaq niyyətində deyil.
Onun nümayəndələri bildirirlər ki, klubun satışından əldə olunan 2,35 milyard funtun 1,4 milyardı Cersi hökuməti araşdırmanı və məhkəmə çəkişmələrini dayandırmayana qədər xeyriyyə fonduna ötürülə bilməz. Məlumata görə, rusiyalı biznesmen Cersi hökumətinin onun məhkəmə xərclərinin bir hissəsini ödəməsinə nail olub və təxminən 2,5 milyon funt sterlinq məbləğində iddia qaldırmağa hazırlaşır.
Kir Starmer Abramoviçi vəsaitin Ukraynaya verilməsindən imtina edəcəyi təqdirdə məhkəmə ilə hədələyib. Nəşrin qeyd etdiyi kimi, Böyük Britaniya hökuməti bu hədəsini reallaşdırarsa, Abramoviçin güclü hüquqi komandası ilə üzləşə bilər.
Heybət
-
İdman14:29Vidalın sevgilisi hovuzdan elə görüntülər paylaşdı ki... - FOTOLAR
-
İdman13:49Avropanın ən yaxşı futbolçularının reytinqi: Lider Mbappe deyil
-
Region13:16Xameneidən müharibə ilə bağlı xəbərdarlıq: "Bu dəfə regional miqyasda olacaq!"
-
Magazin212:5856 yaşlı Cennifer Lopez dekoltesi ilə diqqət çəkdi - FOTO
-
Yaxın Şərq12:47Rəfah keçid məntəqəsi açıldı
-
Ekologiya12:36Külək güclənəcək, qar yağacaq - PROQNOZ
-
Magazin111:36Babək nazirlə oğlunun fotosunu paylaşıb bunları yazdı
-
Sağlamlıq09:11Bu məhsullar sizi sağlam və gümrah saxlayacaq




























.jpg)






