Dünya
Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb
Amerika qoşunları Venesuelaya hücum edərək prezident Nikolas Maduronu ələ keçirəndə çoxlu kubalı ölüb.
Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp şənbə günü "The New York Post" qəzetinə verdiyi açıqlamada bildirib.
"Bilirsiniz, dünən gecə çoxlu kubalı öldü. Bunu bilirdinizmi?", - deyə ABŞ prezidenti bildirib.
O əlavə edib: "Bir çox kubalı öldü. Onlar Maduronu müdafiə edirdilər. Bu, pis bir addım idi".
Tramp ölənlərin sayını dəqiqləşdirməyib.
ABŞ prezidenti bildirib ki, "Kuba həmişə Venesueladan çox asılı olub. Onlar pullarını oradan əldə ediblər və Venesuelanı qoruyublar, amma bu halda bu, o qədər də yaxşı nəticə verməyib".
ABŞ-ın şənbə günü səhər tezdən hücumundan əvvəl, Vaşinqtonun Karib dənizində qüvvələr toplaması ilə əlaqədar olaraq, ABŞ mediası Venesuela liderinin Kubadan olan məsləhətçilərə və cangüdənlərə çox güvəndiyini bildirib.
Nə Venesuela, nə də ABŞ hücumda ölənlərin sayını açıqlamayıb, baxmayaraq ki, Tramp heç bir amerikalının ölmədiyini bildirib.
Trampla keçirdiyi mətbuat konfransında ABŞ dövlət katibi Marko Rubio Havanaya xəbərdarlıq etdi: "Əgər Havanada yaşasaydım və hökumətdə işləsəydim, heç olmasa bir az narahat olardım".
Lakin Tramp nəşrə verdiyi müsahibədə bildirib ki, öz iqtisadi böhranını yaşayan Kubaya qarşı hərbi əməliyyatları nəzərdən keçirmir.
"Xeyr, Kuba öz-özünə süqut edəcək. Kuba üçün işlər çox pis gedir", - Tramp deyib.
Tural
-
Maraq dünyası17:16Pul qabına bunları qoyun: Ekstrasens sərvət cəlb etməyin sirrini açdı
-
Nida Xəbər 16:28Zakir Həsənov məşhur polkovniki işdən çıxardı: Yerinə o gətirildi - Foto
-
Nida Xəbər 16:10Leyla Əliyeva sərgidə - Fotolar
-
Nida Xəbər 16:07Ata Abdullayev azadlığa buraxıldı
-
Rəsmi xronika15:12İlham Əliyev Almaniyada səfərdədir - FOTO
-
Hadisə14:39Ermənistanda türk dilində danışdığı üçün döyülən şəxs niyə Azərbaycana qaçıb?
-
Dünya13:44Sığınacaq İsraildir: Pedofillikdə ittiham olunanlar niyə bu ölkəyə qaçırlar?
-
Sosial12:38Milli Məclisdə minimum əməkhaqqı ilə bağlı qərar: İldə bir dəfə...






























.jpg)




