Dünya
Referendum günü doğulan körpəyə elə bir ad qoydular ki...
Qazaxıstanda yeni konstitusiya ilə bağlı keçirilən referendum günü doğulan oğlan uşağına qeyri-adi ad qoyulub.
Publika.az xəbər verir ki, körpəyə "Atazan" ("Əcdadlar qanunu" mənasını verir - red.) adı qoyulub.
Manqistau Vilayətinin İctimai Kommunikasiya Mərkəzinin mətbuat xidmətinin yaydığı məlumata görə, o, böyük bir ailənin doqquzuncu övladı olaraq dünyaya gəlib.
Valideynlər etiraf edirlər ki, ölkə üçün belə bir vacib gündə oğullarının dünyaya gəlməsi onlar üçün böyük sevinc olub və bu, ömürlük xatırlanacaq xatirədir.
"Bu hadisənin ailəmizin tarixində əbədi qalması üçün ona Atazan adını verməyə qərar verdik. İstəyirik ki, o, layiqli bir insan kimi böyüsün, vətənini sevsin və ölkəmizə xidmət etsin", - deyə yeni doğulmuş körpənin anası bildirib.
Ləman
-
Sosial20:18Azərbaycanda heyvan ətinin satışı ilə bağlı yeni qadağa tətbiq ediləcək? - Video
-
İnanc19:26Ramazan ayının iyirmi altıncı günü: İmsak və iftar vaxtı, günün duası
-
Region18:48Qurban bayramını “lazımsız qətl ayini” adlandırdı, həbs olundu
-
Nida Xəbər 17:25Daha bir neçə diplomat İrandan Azərbaycana təxliyə olundu
-
Yaxın Şərq17:15SEPAH-ın 7 yüksək rütbəli komandiri öldürüldü
-
Magazin215:55Məşhur supermodel qəribə qısa geyimi ilə diqqət çəkdi - Foto
-
Yaxın Şərq15:05Netanyahu sağ imiş - İsrail ölüm xəbərini feyk adlandırdı
-
MDB14:21Daha bir dəhşətli müharibə statistikası - 1 həftədə 1530 aviabomba atdılar




































