Dünya
Ərdoğanın oğlu prokurorlara qarşı iddia açacaq
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan və 17 Dekabr “sui-istifadə əməliyyatı”nda adı çəkilən nazirlərin uşaqları prokurorlara qarşı iddia açacaq.
Publika.Az –ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə baş nazirin özü bildirib.
“ATO Congressium”da keçmiş millət vəkilləri ilə yemək masası arxasında görüşən baş nazir 17 Dekabr əməliyyatını həyata keçirən prokurorların “paralel quruluş” ilə birlikdə hərəkət etdiyini bildirib.
Türkiyə baş naziri 17 Dekabr əməliyyatının Ədalət və İnkişaf Partiyasına deyil, Türkiyə dövlətinə, xalqın birliyinə qarşı edilən bir hərəkət olduğunu söyləyib.
“Bunlarla mübarizəni dayandırmayacağam. Biz bunları hər cür imkanlarla təmin etdik, amma bunlar bizi arxadan vurdular. Çox çətin bir seçki müddətindən keçirik. Bizə qarşı çoxlu hücumlar edilir.
Siz də təşkilatlarımıza kömək edin, seçkiləri birlik içində keçirək. Bu seçkilərdən də çox yaxşı nəticə alacağımıza, xalqın arxamızda olduğuna inanırıq”, - R.T.Ərdoğan söyləyib.
Ömər Dağlı
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO