Baş nazirin qatilinə hökm oxundu - FOTO
Bizi izləyin

Dünya

Baş nazirin qatilinə hökm oxundu - FOTO

2022-ci ilin iyul ayında Yaponiyanın sabiq baş naziri Şinzo Abeni güllələyərək öldürən keçmiş dəniz zabiti Tetsuya Yamaqami ömürlük həbs cəzasına məhkum edilib.

Publika.az xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat yayıb.

Qatili müdafiə edən tərəf həm qəsdən adam öldürmə, həm də silah qanunlarının pozulması ittihamlarını etiraf edib. Lakin onlar müvəkkillərinə 20 ildən az müddətə azadlıqdan məhrum etmə cəzası istəyiblər.

Xatırladaq ki, 8 iyul 2022-ci ildə Abeyə qarşı sui-qəsd cəhdi edilib. Siyasətçi Nara şəhərində çıxış edərkən güllələnib. Cinayətkar tutulub. Keçmiş Baş nazir aldığı ağır xəsarətlər nəticəsində ölüb.

Daha sonra məlum olub ki, Şinzo Abeni öldürən Tetsuya Yamaqami hüquq-mühafizə orqanlarına siyasətçini başqası ilə səhv saldığını bildirib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm