Rəsmi xronika
"Azərbaycan yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat ölkəsidir" - Prezident
"Azərbaycan Avropa üçün Mərkəzi Asiya ilə bağlantı yaratmaq məqsədi daşıyan yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat ölkəsidir".
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.
Avropa İttifaqının Avropanı Mərkəzi Asiya ilə birləşdirəcək "Qlobal Qapılar" layihəsində Azərbaycanın önəmli rol oynadığını qeyd edən dövlətimizin başçısı ölkəmizin indiyədək əsasən nəqliyyat infrastrukturuna sərmayə yatırdığını vurğulayıb: "Demək olar ki, hər bir şey artıq hazırdır. Lakin yüklərin həcmi o qədər sürətlə böyüyür ki, biz Dəniz Limanımızın ötürmə qabiliyyətini artırmaq qərarına gəldik. Beləliklə nəqliyyat əlaqələri, o cümlədən "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" layihəsi, həmçinin Ermənistanı Mərkəzi Asiyanın daha geniş regional nəqliyyat şəbəkəsinə daxil edəcək, sülh işinə töhfə verəcək. Çünki Ermənistanın yolları açılacaq, o, tariflərdən faydalar qazanacaq, daha geniş beynəlxalq əməkdaşlıqda iştirak edəcək".
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi






















.jpg)













