Dünya
Ərdoğan Yaxın Şərqdə sülh üçün şərtləri açıqladı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində səfərdə olan Fələstin lideri Mahmud Abbasla görüşdən sonra birgə mətbuat konfransı keçirib.
Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan görüşdə suveren və müstəqil bir Fələstin dövlətinin qurulması istiqamətində atılacaq addımları müzakirə etdiyini bildirib.
Türkiyə prezidenti qeyd edib ki, İsrailin sülh istəyən tərəf olmadığını görürlər: “Tarixi ədalətsizlik aradan qaldırılmadığı müddətdə Fələstin məsələsində ədalətli və uzunmüddətli bir həll ola bilməz. Bölgədə uzunmüddətli sülhün əldə olunması üçün 1967-ci il sərhədlərinin bərpa olunması mütləqdir. Beynəlxalq cəmiyyətin verdiyi mesajların İsrail tərəfindən düzgün oxunmasının vacib olduğuna inanırıq. BMT-nin “iki dövlətli” həll planını qəbul etməməsini isə təəssüflə qarşılayırıq. İsrail işğalının tezliklə sona çatması, paytaxtı Şərqi Qüds olan və 1967-ci il sərhədləri daxilində müstəqil bir Fələstin dövlətinin qurulması ən böyük xahişimizdir”.
Türkiyə prezidenti Fələstin xalqına bundan sonra da lazımı dəstəyi verəcəyini bildirib.
Mahmud Abbas isə öz növbəsində Türkiyə prezidenti ilə İsrailin yeni məskunlaşma məntəqələri və utancverici divarın inşaası ilə əlaqədar məsələləri müzakirə etdiyini deyib. O, əlavə edib ki, Məscid-i Aksaya edilən hər cür hücumlar bölgədə din müharibəsinə yol aça biləcək qədər təhlükədir.
Ömər Dağlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR