Dünya
Türkiyə bu ölkəyə meydan oxuyur: İcazəmiz olmadan heç nə edə bilməzsiniz
Türkiyənin Egey dənizində "Navtex" xəbərdarlıqlarını qeyri-müəyyən müddətə vermək qərarı Afinada həyəcan yaradıb.
Publika.az xəbər verir ki, Yunanıstanın "Banking News" nəşri bununla bağlı "Görünməmiş çətinlik" başlıqlı məqalə dərc edib.
“Türkiyə Yunanıstanın kontinental şelfinə faktiki olaraq meydan oxuyur. Bu addımın vaxtı təsadüf deyil. Bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasındakı görüşdən bir neçə həftə əvvəl baş verib və bu, Türkiyə tərəfinə açıq diplomatik üstünlük verib”, - məqalədə qeyd olunub.
Həmçinin yazıda fevral ayına planlaşdırıldığı iddia edilən görüşün mövzusu ilə bağlı da məlumat verilib:
“Yunanıstan hökuməti gözləntilərini azaltmağı və Türkiyə ilə kiçik, lakin konkret əməkdaşlıq sahələri yaratmağı hədəfləyir. Xatırladaq ki, Ərdoğan və Mitsotakis arasında 2025-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin Baş Assambleyasının sessiyaları zamanı keçirilməsi planlaşdırılan görüş son anda ləğv edildi. Bu, Türkiyə-Yunanıstan dialoqu ilə bağlı qeyri-müəyyənliyi vurğuladı. Bu dəfə belə bir vəziyyətə yol verilməməlidir, xüsusən də Ankaranın əlində "Navtex" kartı olduğu üçün”.
Yunanıstanın "Parapolitika" qəzeti “Ankara-Afina xəttində qara buludlar toplanır” sərlövhəli məqaləsində bildirib ki, Türkiyə ilə Yunanıstan arasında mümkün görüşdən əvvəl gərginlik artır.
"Türkiyənin Egey dənizinin yarısını qeyri-müəyyən müddətə məhdudlaşdırması və Türkiyənin kontinental şelfi ilə bağlı "Navtex" bildirişləri verməsi, hətta kontinental şelfdən bəhs edərkən Egey dənizinin yarısını əhatə etməsi görünməmiş bir haldır. Başqa sözlə, türklər bizə açıq şəkildə “Kontinental şelf bizimdir və bizim icazəmiz olmadan orada heç nə edə bilməzsiniz” deyirlər".
Roza
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı









.jpg)
























