Mitsotakis Türkiyəyə gələcək: ABŞ prosesdən kənarda qalır
Bizi izləyin

Dünya

Mitsotakis Türkiyəyə gələcək: ABŞ prosesdən kənarda qalır

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis fevralın 15-də Türkiyəyə səfər edəcək.

Publika.az xəbər verir ki, Mitsotakis bu barədə "Skai" televiziyasına müsahibəsində bildirib.

O, səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Həmçinin onlar sonuncu dəfə 7 dekabr 2023-cü ildə Afinada keçirilən Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasına sədrlik edəcəklər.

Mitsotakis müsahibəsində ABŞ-ın Türkiyə-Yunanıstan mübahisələrində vasitəçilik etmək istəmədiyini və Yunanıstan-İsrail münasibətlərinin strateji dərinliyə malik olduğunu bildirib.

O, iki ölkə arasında narazılığın olduğunu da vurğulayıb: "Bu, Egey və Şərqi Aralıq dənizində kontinental şelfin və Xüsusi İqtisadi Zona sərhədlərinin delimitasiyasıdır. Keçmişdə kəşfiyyat danışıqları zamanı bu məsələni həll etmək üçün imkanlar yaranmışdı".

Mitsotakis Afinanın Egey dənizindəki ərazi sularının hazırkı 6 mildən 12 milə qədər uzadılmasının beynəlxalq hüququn bir hissəsini olduğunu iddia edib: "Bu hüququmuzdan istifadə etmək üçün ən əlverişli şərtlərin nə vaxt olacağına qərar verəcəyik".

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm